AZ

Kəlbəcərdə ağır qəza - Hərbçilər yaralandı

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az "oxu.az"a istinadən xəbər verir ki,  hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 


Faktla bağlı araşdırma aparılır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq