AZ

Azərbaycan çempionatında 19-cu turun proqramı

Kişi həndbolçular arasında 30-cu Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb. SİA-nın Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, oyunlar mayın 4-də baş tutacaq.

Çempionluq yolunda inamla addımlayan “Kür” saat 14:00-da “Azəryol”la üz-üzə gələcək. Yarışı mükafatla başa vurmaq istəyən “Qarabağ” isə saat 16:00-da çempionluq iddiasını davam etdirən “Bakı” ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
21
sia.az

10Mənbələr