AZ

Azərbaycan çempionatında 19-cu turun proqramı bəlli olub

Kişi həndbolçular arasında 30-cu Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb.

Apasport.az xəbər verir ki, oyunlar mayın 4-də baş tutacaq.

Çempionluq yolunda inamla addımlayan “Kür” saat 14:00-da “Azəryol”la üz-üzə gələcək. Yarışı mükafatla başa vurmaq istəyən “Qarabağ” isə saat 16:00-da çempionluq iddiasını davam etdirən “Bakı” ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
4
apasport.az

4Mənbələr