AZ

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Bakı, 3 may, AZƏRTAC

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" layihəsi çərçivəsində növbəti dəfə "Qiraət axşamı"nı təqdim edib. Budəfəki gecə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, "Qiraət axşamı"nda aparıcı Xuraman Ağayeva, qiraətçilər İmamverdi Vəliyev, Gülnarə Sadiq, Zahirə Bədəlova, Vüsal Hicran, Zülfiyyə Yaqub dahi şairin qəzəllərini səsləndiriblər.

Gecənin sonunda gənc vokalçı Qaya Nəsibzadə sözləri Məhəmməd Füzuliyə, musiqisi görkəmli bəstəkar Süleyman Ələsgərova məxsus "Vətənimdir" romansını ifa edib.

Qeyd edək ki, mayın 5-də keçiriləcək növbəti "Qiraət axşamı" Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
azertag.az

5Mənbələr