AZ

Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir -SN

Bakı. Trend:

Bronxial astma tənəffüs yollarının daralmasına səbəb olantutmalarla gedən xronik bir xəstəlikdir. Bu barədə SəhiyyəNazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununhəkim-pulmonoloqu Günay Əliyeva deyib.

Trend G.Əliyeva ilə müsahibəni təqdim edir:

- Bronxial astma və xəstəliyin əsas əlamətləri haqqındaməlumat verərdiniz...

- Bronxial astma tənəffüs yollarının daralmasına səbəb olantutmalarla gedən xronik bir xəstəlikdir. Astma xəstəliyinin əsaselementi bronxial toxumaların qeyri-infeksion yoluxucu olmayaniltihabıdır. Xəstələrdə təkrarlanan nəfəs darlığı, xışıltılı,xırıltılı tənəffüs, boğulma, öskürək, sinədə ağırlıq hissişikayətləri olur.
Qeyd etmək lazımdır ki, bronxial astma multifaktorial xəstəlikdir.Onun inkişafı irsi və ətraf mühit amillərinin təsiri ilə sıxbağlıdır.

İrsi faktorlarına genetika, cinsi mənsubiyyət və piylənməaiddir.

Ətraf mühit faktorlarına allergenlər (xüsusən ev tozu, evheyvanları, həşaratlar, kif göbələkləri və s), infeksiyalar (əsasənviruslar), siqaret, qidalanma tərzi və s. aiddir.

- “Bronxial astma diaqnozu” necə qoyulur?

- Bronxial astma diaqnozunu müəyyənləşdirərkən, xəstəninanamnezi, xəstəliyin klinikası və obyektiv müayinəyə xüsusi önəmverilir. Daha sonra diaqnoz laborator instrumental müayinənəticələri ilə yoxlanılır. Belə ki, tutma şəkilli təkraralananöskürək, nəfəs darlığı, xışıltı şikayətləri olan xəstədə bronxialastma ehtimalı nəzərə alınır. Çox vaxt belə xəstələrinrentgenoqrafiyası ağciyərlərin normal fəaliyyətini göstərir. Buzaman, xəstədə tənəffüs funksiyalarını müayinə etmək məqsədiləspiroqrafiya (medikamentoz və qeyri-medikamentoz) ilə təyin edilir.Spiroqrafiya ilə diaqnozu dəqiqləşdirmək və ya xəstəliyin şiddətinimüəyyənləşdirmək olar. Bəzən gündəlik nəfəsvermə sürətini ölçənpikflumetriya ilə dəyərləndirilir. Bu, əsasən xəstənin təqibindəəhəmiyyətlidir.
Bronxial astmanı ortaya çıxara biləcək xüsusi bir qan analiziyoxdur. Lakin həkim risk faktorlarını dəyərləndirmək üçün dərihiperhəssaslıq testlərini istəyə bilər.

- Bronxial astmadan tam sağalmaqmümkündürmü?

- Müasir dövrdə bronxial astma müalicə ilə nəzarət altına alınabilən xəstəlikdir. Həkim nəzarəti ilə uzunmüddətli remissiyalarəldə etmək mümkündür.
Ölkəmizdə bu xəstəliyin müalicəsi üçün lazımlı bütün preparatlarmövcuddur. Bronxial astma müalicəsində istifadə olunan dərmanpreparatlarının əksəriyyəti tənəffüs yolları ilə qəbul olunur.

- Bu xəstəliyə necə nəzarət etmək olar?

- Bronxial astma mütəmadi olaraq həkim tərəfindən təqibolunmalıdır. Müayinələrin tezliyi xəstəliyin ilkin vəziyyəti iləəlaqəlidir. Tipik olaraq, müalicəyə başladıqdan sonra ilk 1-3 ayərzində hər ay, sonra isə hər 6 aydan bir müayinədən keçməklazımdır.

Bronxial astmaya nəzarət sorğu anket, spiroqrafiya vasitəsilədəyərləndirilir. Anketdə gündüz və gecə olan simptomlar, gündəlikfiziki aktivlik, teztəsirli dərman istifadəsinin sayıəhəmiyyətlidir.

- Bronxial astma tutmalarının səbəblərinələrdir?

- Qrip infeksiyası və tozlu ərazilərdə olmaq bronxial astmatutmalarının kəskinləşdirməsinə gətirib çıxara bilər. Bundan əlavə,artıq çəki və piylənmə də bronxial astmanın tarazlığını vəmüalicəsini pozaraq tez-tez kəskinləşmələrə səbəb olur. Buna görədə, xəstələrdə çəki nəzarəti vacibdir.
Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir.Əgər həkim nəzarətində deyilsinizsə, tez-tez astmatik tutma sizinüçün qaçılmaz olur. Düzgün yanaşma zamanı bu xroniki xəstəliyiidarə etmək mümkündür. Lakin, həkim nəzarəti altında vaxtındamüvafiq müalicə alınmazsa, xəstələrdə bronxların uzun müddətdaralması müşahidə oluna bilər.

- Bronxial astması olanlar hansı qaydalara əməletməlidirlər?

- Bronxial astması olan insanlar üçün profilaktika xüsusi roloynayır. Belə ki, imkan daxilində nəmli, zəif havalandırılanərazilərdən uzaq olmalıdırlar. Sanitar qaydalarına riayət etmək dəolduqca vacibdir. Həmçinin, xəstənin otağından toz toplayan yunxalçalar, tüklü yorğanlar, yumşaq oyuncaqlar və kilimçıxarılmalıdır.
Bu tədbirlərə əlavə olaraq, allergik olduğu bilinən ev heyvanlarınıyataq və ya qonaq otaqlarına buraxmaq olmaz. Eyni zamanda,allergiyaya səbəb ola biləcək yun yorğan, yastıq, döşək istifadəetməməlidirlər.

Ətir istifadəsinə ehtiyatlı olmaları məsləhətdir. Yuyucuvasitələr, ağardıcılarla işləyən zaman maska və əlcək istifadəsimütləqdir. Qida maddələrində nitratlar və digər konservantlardanməsləhət görülmülür.
Bundan əlavə, ağır bronxial astması olan xəstələrə qrip vəpnevmokok peyvəndi tövsiyə olunur.

Bronxial
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
5
az.trend.az

2Mənbələr