AZ

İki ayda xaricdən 40 min ədədə yaxın paltaryuyan maşın almışıq

Cari ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 39 min 550 ədəd paltaryuyan maşınlar gətirilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sayda paltaryuyan maşınların dəyəri 8 milyon 715 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ədəd ifadəsi ilə 4 min 581 ədəd (13,1%), dəyər ifadəsi ilə 705 min ABŞ dolları (8,8%) çoxdur. 2023-cü ilin eyni dövründə idxal olunan paltaryuyan maşınlarının sayı 34 min 969 ədəd, dəyəri isə 8 milyon 10 min ABŞ dolları dəyərində olub.

Cari ilin ilk iki ayında idxal olunan məişət kondisionerlərinin sayı 29 min 738 ədəd, dəyəri 7 milyon 330 min ABŞ dolları olub. Bundan başqa, bu dövrdə ölkəyə gətirilən məişət soyuducularının sayı 6 min 645 ədəd olub ki, bunun da dəyəri 2 milyon 218 min ABŞ dolları təşkil edib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
valyuta.az

1Mənbələr