AZ

45-46 balla magistra qəbul mümkün olacaq - PROQNOZ

Magistraturaya qəbulun 2-ci cəhd imtahanının nəticələrinə əsasən bakalavrlar sualların 1-ci ilə nisbətdə daha çətin olduğu qənaətindədirlər. Nəzərə alsaq ki, bu dəfə toplanılan maksimum bal da 1-ci imtahandan daha az olub.

 

Bəs, görəsən builki nəticələr ballara necə təsir edəcək? Keçən ilə nisbətdə artım ya azalma müşahidə oluna bilərmi? 

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, DİM imtahanlara çətin suallar salaraq repetitorlara şərait yaradır:

 

“Bu il magistraturaya qəbulun 1-ci cəhdi ilə 2-ci cəhdi arasında ciddi fərqlər var idi. Baxmayaraq ki, biz ixtisas seçimindən öncə düşünürdük ki, magistraturada plan yerlərinin artması DİM-in plan yerlərini tam doldurmaq məqsədini ortaya qoyacaq. Nəzərə alsaq ki, gənclər də kütləvi şəkildə ölkə xaricinə təhsil almağa getdikləri üçün bizim ali təhsil müəssisələrimizdə plan yerləri boş qalır. Hesab edirdim ki, çətin və orta tipli test tapşırıqları ilə müqayisədə asan tipli test tapşırıqlarının sayı çox olacaq. Amma bu il aprel ayının 28-də keçirilən II cəhd magistr imtahanından sonra biz imtahanda istifadə olunan tapşırıqları təhlil edəndə gördük ki, məntiq fənnindən təqdim edilmiş tapşırıqlar I cəhddə istifadə olunmuş tapşırıqlarla müqayisədə kifayət qədər çətindir. Ümumilikdə magistratura imtahanındakı məntiq sualları təhsil siyasətinə uyğun deyil. Ali təhsil müəssisələrində bakalavrlara riyazi məntiq keçirilmir. Tədris olunmayan fəndən imtahan edilməsi düzgün deyil. DİM bu maddə ilə ölkədə repetitorlara, hazırlıq kurslarına bir növ şərait yaradır”.

 

“Bu il 45-46 balla MBA (Biznesin idarə olunması) proqramı üzrə özəl universitetlərə və bölgələrə qəbul olmağın mümkünlüyü gözlənilir”,- deyə K.Əsədov qeyd edib:

 

“İmtahana salınan mövzular universitetdə tədris olunmayan materiallardır. Bu da ciddi formada imtahan iştirakçılarına maliyyə itkisi yaşadır. Məhz ikinci cəhd imtahanında istifadə olunmuş çətin suallar ümumi nəticələrə öz təsirini göstərib. Artıq ilkin proqnozlar əsasında deyə bilərik ki, bu il keçid balları ciddi şəkildə artmayacaq, əksinə bəzi proqramlar üzrə balların enməsi gözlənilir. Hətta ali təhsil müəssisələrinin müsabiqə şərtlərinin ödənməsi ilə bağlı çətinliklər olacaq. Bu ilki nəticələrin 2022-ci ildəki nəticələrə müəyyən qədər oxşayacağını deyə bilərik. Təbii ki, həm plan yerlərinin boş qalması ehtimalı var. Çünki bu il plan yerlərində də artım var. Məsələn, elə BDU-da, SDU-da yeni ixtisaslar açılıb. Hesab edirəm ki, süni şəkildə sualların çətinləşdirilməsi yaxşı hal deyil. Çünki bu imtahan iştirakçılarının ölkədən kənara getməsinə də şərait yaradacaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
azedu.az

1Mənbələr