AZ

Maradonanın cəsədi köçürüləcək

Argentinalı futbolçu Dieqo Maradonanın varisləri onun cəsədinin qalıqlarını Buenos-Ayresin mərkəzindəki xatirə abidəsinə köçürmək niyyətindədirlər.

Herbiand.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

“Dieqo Maradonanın övladları onun cəsədinin hazırda qalıqlarının yerləşdiyi “Jardin de Bella Vista” şəxsi qəbiristanlığından ulduzun şərəfinə xüsusi olaraq tikilmiş və Puertoda yerləşən memorial əraziyə köçürülməsinə icazə istəyiblər.

Medianın məlumatına görə, qərar “bütün varislər tərəfindən ümumi razılıq əsasında” Maradonanın cəsədi ilə bağlı araşdırmalar başa çatdıqdan sonra verilib.

Dieqo Armando Maradona 2020-ci il noyabrın 25-də qəfil ürək dayanması səbəbindən vəfat edib. Yarılma, kəskin ağciyər ödeminin ölümlə nəticələndiyini göstərdi. Polis şəxsi həkimi, eləcə də Maradonanın öldüyü gün növbətçi tibb bacısını səhlənkarlıqda şübhəli bilib və araşdırmaya başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
herbiand.az

3Mənbələr