Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb.
1998-ci il təvəllüdlü İlqarzadə Məryəm Xanzadə qızını yolu keçərkən avtomobil vurub.
Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun