AZ

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

Bakı. Trend:

Avropanın ən bahalı şirkəti olan Danimarkanın “Novo Nordisk”əczaçılıq nəhəngi birinci rübdə gəlirinin kəskin artdığınıbildirib.

Trend-inməlumatına görə, şirkətin əməliyyatlar üzrə gəliri 27 faiz – 4,5milyon dollardan çox artıb. Eyni zamanda, satış həcmi 9,365 milyondollar təşkil edib ki, bu da öz növbəsində 22 faiz artımdeməkdir.

Beləliklə, yalnız ABŞ-də, 2023-cü ilin sonundakı tədarükləmüqayisədə “Wegovy” arıqlama preparatına tələbat dörd dəfə artıb.“Novo Nordisk” şirkəti diabet və piylənmənin müalicəsi üçün dərmanpreparatları sahəsində dünya lideri olub.

Yüksək tələbat şirkətin rəhbərliyini illik proqnozu yenidənnəzərdən keçirməyə vadar edib. Əməliyyat gəlirin 30 faiz,satışların isə 27 faiz artacağı proqnozlaşdırılır. Hazırda tələbtəklifi üstələyir. Rəhbərlik əlavə istehsal müəssisələrinə böyükinvestisiyaların yatırılmasını planlaşdırır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
az.trend.az

4Mənbələr