Yüksək günəş alovları hazırda Yer kürəsində tüğyan edən maqnit qasırğasını xeyli gücləndirib.
Publikaş.az xəbər verir ki, bu barədə TASS Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzinə istinadla məlumat yayıb .
Alimlər izah ediblər ki, hazırda Yer kürəsində monitorinq miqyasında “güclü” olan G3 səviyyəli maqnit qasırğası davam edir.
Qeyd edək ki, Yer kürəsində may ayının ilk maqnit qasırğası ayın 3-də gözlənilirdi.
Alimlər 2024-cü ildə Günəşdə yeni aktivliyin pik həddinə çatacağını və bunun da maqnit qasırğalarının sayının artmasına səbəb ola biləcəyini proqnozlaşdırırlar.