AZ

Hikmət Hacıyev Kupmanla görüşdü

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Gert Yan Kupmanın Azərbaycana səfəri başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü baş tutub.

"COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - Avropa Komissiyasının rəsmisi X hesabında bildirib.

Qeyd edək ki, avropalı rəsmi Azərbaycana Gürcüstandan gəlib. Onun Cənubi Qafqaza səfəri aprelin 30-dan başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
19
milli.az

10Mənbələr