AZ

Gürcüstanla ABŞ arasında gərginlik - Baş nazir səfərdən imtina etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Buna Amerika tərəfinin parlamentdə xarici agentlər haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsi səbəb olub.

“Gürcüstanın baş naziri ABŞ-yə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Bu isə qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq tələbinə uyğun gəlmir. Bu barədə ABŞ səfirinə ətraflı şəkildə məlumat verilib”, - Gürcüstan XİN-in bəyanatda deyilir.

Nuranə Abbasova 

Seçilən
147
17
Mənbələr
Şərh ()
Bağla