AZ

Fransa millisində ciddi itki

Fransa yığmasının müdafiəçisi Lukas Ernandes AVRO-2024-dən kənarda qalacaq. 

Bizim.Media xəbər verir ki, PSJ-nin futbolçusu Çempionlar Liqasının yarımfinalında “Borussiya” qarşı ilk oyunda zədələnib.

Lukas Dortmundda keçirilən qarşılaşmanın 42-ci dəqiqəsində sıradan çıxıb. İlkin müayinədən sonra 28 yaşlı müdafiəçinin Almaniyada keçiriləcək Avropa çempionatında çıxış edə bilməyəcəy bildirilib.

Qeyd edək ki, ötən ilin yayında Paris klubuna keçən Ernandes 41 oyunda 2 qol vurub, 2 ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
bizim.media

2Mənbələr