AZ

Problemlər olmasa, bunu bacararıq - Millinin futbolçusu

Bakı. Trend:

Çempion olduğumuz üçün təəssüratlarım çox yaxşıdır. Dünyaçempionu Rumıniyanı məğlub etmək çox yaxşı oldu.

Trend xəbər verir ki, bunuİdman.biz-əminifutbol üzrə Azərbaycan millisinin oyunçusu Elvin Əlizadədeyib.

O, Monteneqroda keçirilən beynəlxalq turnirin ən yaxşıfutbolçusu seçildiyi üçün xoşbəxt olduğunu bildirib: “Bosniya vəHerseqovina kimi komandanı tanıdıq. Avropa çempionatı məhz buölkədə keçiriləcəyi üçün onları tanımaq çox önəmli idi. Çoxsevincliyəm. Hər bir oyunçunun arzusudur ki, ən yaxşıseçilsin”.

Elvin turnirin yığmamız üçün faydasını da vurğulayıb: “Buyarışın bizə faydası çox olacaq. Ayrı-ayrı ölkələrə qarşı nə qədərçox oyun keçirsək, bu, təcrübədir. Hər oyunda səhv və düz qərarlarolur. Bu barədə düşünür və nəticə çıxarırsan”.

Əlizadə Bosniya və Herseqovinada keçiriləcək Avropaçempionatında gözləntilərini də açıqlayıb: “Rumıniya çox yaxşıkomandadır. Neçə illərdir ki, minifutbol oynayırlar. Biz onlarlamüqayisədə bu idman növünə çox gec başlamışıq. Rumıniyalılarıngüclü rəqib olduqları bəllidir. Avropa çempionatında ilk “üçlük”dəolmağa çalışacağıq. Belə olacağına inanıram. Zədələr, başqaproblemlər olmasa, biz bunu bacararıq. Çox yaxşı komandamız var.Daha da püxtələşəcəyik, yaxşı məşqlər keçəcəyik. Nəticəmiz yaxşıolar”.

Qeyd edək ki, millimiz Monteneqroda keçirilən beynəlxalqturnirin finalında ilk matçda 0:1 uduzduğu Rumıniyanı 5:4 hesabıilə məğlub edərək qızıl medalları qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
az.trend.az

3Mənbələr