AZ

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

"Cənubi Qafqaz regionunda sülh, sabitlik və firavanlığa ehtiyac olduğunu vurğulayaraq, biz aprelin 19-da Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının 8-ci iclası zamanı Ermənistan və Azərbaycan tərəfləri arasında əldə olunmuş razılaşmanı alqışlayırıq. ", - deyə bildirilib.


BiG.Az
Seçilən
129
18
Mənbələr
Şərh ()
Bağla