AZ

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib.

İsrail qüvvələri Ramallah şəhərinin şimalındakı Əl-Cələzun Qaçqınlar Düşərgəsinə basqın edib. Basqına reaksiya verən fələstinlilərlə əsgərlər arasında qarşıdurma yaranıb.

Saxlanılanlar arasında 16 yaşlı uşağın da olduğu bildirilib.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
31
Mənbələr
Şərh ()
Bağla