AZ

Azərbaycan və Türkiyə ombudsmanları görüşdülər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçla görüş keçirib.

Bu barədə Publika.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirlib ki, görüşdə Ombudsman Aparatında istehsalat təcrübəsi keçən tələbələrin növbəti qrupu da iştirak edib.

Görüş zamanı Müvəkkil Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində sıx əlaqələrin mövcud olduğunu bildirib, iki qardaş ölkənin ombudsman təsisatlarının əməkdaşlıq əlaqələri çərçivəsində görülən işlərdən bəhs edib.

Ombudsman Aparatda tələbələrin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib, onların təhsil dövründə hüquq sahəsində əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində istehsalat təcrübəsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Müvəkkil gənclərə onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət edən bu təcrübədən faydalanmalarını tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
10
publika.az

10Mənbələr