AZ

Azərbaycan çempionatına yekun vurulub

Bakı. Trend:

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2023/24mövsümünə yekun vurulub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bu gün XX turun oyunları keçirilib.

“Record club” yarışdan kənarlaşdırıldığı üçün “Baku Fire” 3 xalımeydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsizçıxıb və “Yasamal Bakı”ya 15:6 hesabı ilə qalib gəlib. YüksəkLiqada mövsümün son matçında isə “Araz-Naxçıvan” U-19-un qapısından8 cavabsız top keçirib.

Bu oyundan sonra komandalara və ən yaxşılara mükafatlar təqdimolunub. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran“Neftçi”nin üzvü Reza Abgouna isə ən məhsuldar oyunçu nominasiyasıüzrə mükafat verilib. “Neftçi” bürünc, “Baku Fire” gümüş,“Araz-Naxçıvan” isə qızıl medallar və çempionluq kubokunu alıb.Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidentiElşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyevtəqdim ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
15
az.trend.az

10Mənbələr