AZ

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib. Forum çərçivəsində təşkil edilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sessiyada Özbəkistanla enerji sektoru, yüngül sənaye, avtomobil sənayesi, tikinti, turizm və digər sahələrdə perspektiv layihələr, həmçinin nəqliyyat-logistika, Orta Dəhliz müstəvisində səmərəli işbirliyinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

***

14:16

Azərbaycan və Özbəkistan arasında ikitərəfli biznes əlaqələrinin yeni formatı müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıq", - M. Cabbarov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
operativmedia.az

1Mənbələr