AZ

Parisdə 1 May nümayişi zamanı 57 polis yaralanıb

Parisdə 1 May nümayişində nümayişçilərlə toqquşma zamanı 57 polis əməkdaşı yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, nümayişdən sonra 35 nəfər saxlanılıb. 

Hər il Fransanın hər yerində Beynəlxalq İşçilər Günü münasibətilə nümayişlər keçirilir. Bu il bütün ölkə üzrə 340 aksiya qeydə alınıb ki, orada 121 min nəfər iştirak edib (Parisdə 18 min). Öz növbəsində, Ümumi Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqı ölkə üzrə 200 min nümayişçinin, onlardan 50 mininin Fransa paytaxtının küçələrinə çıxdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
40
Mənbələr
Şərh ()
Bağla