AZ

Atışma oldu: 3 nəfər öldü

ABŞ-ın Alabama ştatının Stokton şəhəri yaxınlığında atışma nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, atışma təxminən min nəfərin iştirak etdiyi ziyafətdə davadan sonra baş verib. Səlahiyyətlilər iki hücumçunun ola biləcəyini bildiriblər.

Zərərçəkənlərin Bey Minette xəstəxanasına aparıldığı, ətrafda izdihamın toplandığı və davanın da qeydə alındığı qeyd edilir. Polis araşdırmalarını davam etdirir.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
29
news24.az

10Mənbələr