AZ

Qırğızıstanda yük maşını 29 uşağı vurdu - Video

Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.
BUTA.TV xəbər verir ki, məlumatı Qırğızıstan Səhiyyə Nazirliyi yayıb. Uşaqların 9-16 yaş arasında olduğu bildirilib.

Məlumata görə, 18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
13
buta.tv

10Mənbələr