AZ

Peruda avtobus qəzası: 23 nəfər ölüb

Peruda sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

525.az xəbər verir ki, Peru Televiziyasının məlumatına görə, Soroçuko bölgəsindən Kajamarka şəhərinə gedən avtobus Celendin şəhər magistralında 200 metrlik uçuruma düşüb.

Qəzada 23 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 15 nəfər yaralanıb.

Celendin Bələdiyyə Başçısı Jaime Herrera mətbuata açıqlamasında ölənlərin sayının arta biləcəyini və bəzi cəsədlərin Sendamal çayına düşmüş ola biləcəyini bildirib.

Qəza yerinə çoxlu yanğınsöndürən və mülki müdafiə qrupları göndərilib.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Malik Atilay 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
525.az

4Mənbələr