AZ

Parlament seçkilərinin vaxtı dəyişdirilə bilər- MSK sədri açıqladı

Image

Konstitusiyamızın tələbinə görə parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır. Trend xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, hər yerdə də səsləndirilir ki, ola bilsin noyabrda olacaq. Lakin COP29 tədbirinə görə seçkilər önə də çəkilə bilər.

"Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm ki, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın",- deyə o qeyd edib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
8
baki-xeber.com

9Mənbələr