AZ

Çində yol faciəsi: ölənlərin sayı 50-yə yaxınlaşıb

Bakı. Trend:

Çinin cənubunda avtomobil magistralının bir hissəsinin çökməsinəticəsində azı 48 nəfər həlak olub.

Trend xəbər verir ki, ÇXR sədri Si Cinpin hadisə yerindəxilasetmə işlərinin aparılmasını, yaralılara hər cür yardımgöstərilməsini, həmçinin yolun dağılan hissəsinin tez bir zamandatəmir edilməsini tapşırıb.

Qeyd edək ki, mayın 1-i səhər saatlarında Meycou-Dabuavtomagistralında torpaq sürüşməsi baş verib. Nəticədə 23 avtomobilyolda əmələ gələn yarğana düşüb. Yerli hakimiyyət orqanlarıhadisəyə aramsız yağan güclü leysanın səbəb olduğunu ehtimal edir.Belə ki, son vaxtlar həmin rayona 56 santimetrdən çox yağıntıdüşüb, bölgədəki bir sıra kəndlər su altında qalıb.

Eyni zamanda Quandun əyalətinin bəzi rayonları son iki həftəərzində güclü yağış və daşqınlarla üzləşib. Əyalətin paytaxtıQuançjou şəhərində qasırğa beş nəfərin həyatına son qoyub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
az.trend.az

4Mənbələr