AZ

Ukrayna Rusiyanın 8 vilayətinə hücum etdi

Rusiya hava hücumundan müdafiə sistemləri mayın 2-nə keçən gecə Rusiya ərazisi üzərində 12 Ukrayna pilotsuz təyyarəsini vurub.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, Bryansk vilayəti ərazisi üzərində beş, Krasnodar vilayəti üzərində üç, Rostov vilayəti üzərində iki, Kursk və Belqorod vilayətləri üzərində hərəsində bir pilotsuz təyyarə məhv edilib.

Bundan əlavə, Smolensk, Voronej və Oryol vilayətlərinin səlahiyyətliləri də PUA hücumu haqda məlumat yayıb.

Krasnodarda PUA-ların Afipski neft email zavodu yaxınlığında vurulduğu, 3 partlayış baş verdiyi, Kurskda isə elektrik xətlərinin zədələndiyi bildirilib. /axar.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
20
turkustan.az

10Mənbələr