AZ

"Real"da yeni müqavilə

İspaniyanın "Real" klubu braziliyalı keçmiş futbolçusu Marselonun oğlu Entso Alveşlə yeni müqavilə imzalayıb.

Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilə qədər uzadılıb.

Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda fərqlənməyi bacarıb.

Qeyd edək ki, Entsonun atası Marselo hazırda Braziliyanın “Fluminense” klubunda çıxış edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
sportnet.az

3Mənbələr