AZ

Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir - Allahşükür Paşazadə

Şuşa. Trend:

İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuşdini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulanməscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanlarıali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür.Burada, Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdankeçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Bugün yandırılmış torpaqlara yeni həyat verilir, dağıdılmışmədəni-mənəvi irs bərpa edilir, basdırılmış minalar təmizlənir,məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. BudurAzərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalqtəşkilatların qərəzli fikir və bəyanatlarına ən tutarlıcavabdır.

Trend xəbər verir ki, bunu VI Bakı Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxışedən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam AllahşükürPaşazadə deyib.

O qeyd edib ki, Ermənistanın əsas havadarı kimi çıxış edənFransada Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı törədilmişvandalizm aktı erməni işğalçılarının burada, Şuşada törətdiyianaloji vandalizm ilə eyni qəbildən olub, islamofob zehniyyətinnümunəsidir:

“Halbuki Xankəndidə separatizmə son qoyan Azərbaycan oradakıerməni dini-mədəni abidələrini dövlət səviyyəsində qoruyur. Buəsnada, bəzi qüvvələrin dini zəmində ayrı-seçkilik halları iləyanaşı, dövlətlərin suverenliyinə təhdid olaraq separatizmkartından istifadə etmək kimi məkrli, mənfur meylləri qətiyyətləpisləyirik”.

Şeyxülislam Allahşükür Paşazadə deyib:

“Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar,katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dincyanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəstşəkildə icra edirlər. Ermənilər də zamanında multikulturalAzərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq vərevanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə vəerməni kilsəsinə buradan - mədəniyyət paytaxtımız Şuşadan xitabedərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar,mənfur separatçılıq meyllərinə uyaraq qonşu torpağına iddiaetməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündənqızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərinitəhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh,əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar.

Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütünməkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəkibütün xalqların nümayəndələri olan, o cümlədən erməni əsillivətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaqhüququ təmin etməkdə davam edəcək. Bu əsnada, Azərbaycan-Ermənistansərhəd delimitasiyası istiqamətində atılan ilk addımı dəstəkləyirvə xeyir-dua veririk”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
az.trend.az

5Mənbələr