AZ

BMT: Qəzzadakı dağıntılar Ukraynadan daha çoxdur

İsrailin hücumları nəticəsində Qəzza zolağında yığılan dağıntıların miqdarı iki ildir davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynadakından çoxdur.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumat Birləşmiş Millətlər Təşkilatının hesabatında öz əksini tapıb.
 
BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya davam edən hücumları nəticəsində yaranan dağıntılara diqqət çəkib.

UNMAS-ın hesablamalarına görə, aprelin ortalarına olan məlumata görə, Qəzza zolağında ümumilikdə 37 milyon ton zibil yığılıb ki, bu da hər kvadratmetrə 300 kiloqrama bərabərdir.

UNMAS-ın Fələstin ərazisi üzrə proqramının rəhbəri Munqo Birç deyib:
 
\"Qəzzada Ukraynadan daha çox dağıntı var. Bunu perspektivə nəzər salsaq, Ukraynanın cəbhə xətti təxminən 1000 kilometr, Qəzzanın isə 40 kilometr uzunluğundadır\".

Qəzzada dağıntıların təmizlənməsi təhlükəsinin partlamamış hərbi sursatlarla məhdud olmadığını ifadə edən Birç, asbest kimi zəhərli maddələrə məruz qalma ehtimalına da diqqət çəkib.

Qəzzada dağıntılar altında 800 min tondan çox asbest olduğunu təxmin edən Birç, \"Bu dağıntılar böyük ehtimalla partlamamış hərbi sursatlarla ağır şəkildə çirklənmişdir, lakin dağıntılardakı digər təhlükələr səbəbiylə təmizlənməsi daha da çətinləşəcək\" deyə fikrini bölüşüb.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
azxeber.com

2Mənbələr