London, 2 may, AZƏRTAC
İngiltərə və Uelsdə seçicilər yerli şura üzvlərini və şəhər merlərini seçmək üçün bu gün seçki məntəqələrinə gedirlər.
AZƏRTAC xəbər verir ki, seçicilər həmçinin yerli polis komissarlarını seçmək üçün də səs verirlər.
Nəticələrin bu gündən etibarən həftəsonuna qədər açıqlanması gözlənilir.
Qeyd edək ki, Böyük Britaniyada ümumi seçkilərin bu ilin sonunda keçirilməsi planlaşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London