AZ

Ronaldo "Əl-Nəsr"i finala çıxardı

Məşhur portuqaliyalı hücumçu Kristiano Ronaldonun oynadığı "Əl-Nəsr" ilə "Əl-Xalid" komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəliblər.

Rekord.az xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Ronaldu dubl edib. Seneqallı hücumçu Sadio Mane isə meydan sahiblərinin üçüncü qolunu vurub.

Beləliklə, "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldonun komandası "Əl-Hilal"la qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
4
rekord.az

6Mənbələr