AZ

Azərbaycanşünaslığın aktual məsələlərinə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycanşünaslığın

Bakı, 2 may, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Polşa və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışıb.

Rektor konfransda Ulu Öndər Heydər Əliyev irsinə, azərbaycançılıq məfkurəsinə, Qərbi Azərbaycan məsələlərinə və digər mövzulara həsr olunmuş tədqiqatların, məruzələrin təqdim olunacağını bildirib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib. Y.Rəfiyev bu il COP29-un Azərbaycanda təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova çıxış edib.

Tədbirdə məlumat verilib ki, beynəlxalq konfransa 190-dan çox məruzə təqdim olunub.

Daha sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.

Konfrans mayın 3-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
azertag.az

7Mənbələr