AZ

“Qarabağ” reytinqdə gerilədi

Azərbaycan Premyer Liqası komandalarının reytinqləri bəlli olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Opta" idman analitikası şirkəti məlumat açıqlayıb. 

Çempionluğunu rəsmiləşdirən "Qarabağ" reytinqin ilk "100-lüy"ündən kənarda qalıb. Klub 118-ci sıraya geriləyib. Digər komandalarımızdan "Zirə", "Turan Tovuz", "Səbail" və "Qəbələ"də də geriləmə müşahidə olunub.

Əvəzində "Sabah", "Neftçi", "Sumqayıt", "Kəpəz" və "Araz-Naxçıvan" irəliləyişə nail olublar. "Qarabağ"la yanaşı, "Sabah", "Neftçi" və "Zirə" də siyahının ilk "1000-liy"inə düşüblər.
Dünya reytinqinə "Mançester Siti" başçılıq edir. İngiltərə klubu 100 xala malikdir. İkinci sırada "Real" (98), üçüncü pillədə isə "İnter" (97,6) qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
8
milli.az

10Mənbələr