AZ

Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilir (FOTO)

Bakı. Trend:

2-3 may tarixlərində Bakıda Azərbaycan Respublikasının DövlətTurizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgətəşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinBirinci Turoperatorlar Forumu” keçirilir.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.

Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan,Türkmənistan, Özbəkistan, Türkiyə, İran və Pakistan daxil olmaqlatəşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizmsənayesi nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparatınınrəhbəri Kənan Qasımov forumun İƏT regionu üzrə turizm sənayesininnümayəndələri arasında əlaqələrin genişləndirilməsi baxımındanəhəmiyyət kəsb etdiyini, üzv dövlətlər arasında turizm üzrə bilikvə təcrübə mübadiləsi, eləcə də qarşılıqlı tanıtım və təbliğattədbirləri üçün mühüm platforma olduğunu qeyd edib.

O, həmçinin, Dövlət Turizm Agentliyi və İƏT arasında əlaqələrininkişafını diqqətə çatdıraraq, 2023-cü ilin dekabr ayında Bakının“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrəixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”nə uğurla evsahibliyi etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziriçıxışında forumun təşkilata üzv dövlətlərin tur operatorlarınınşəbəkəsinin gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeydedərək bu təşəbbüsün reallaşmasına verdiyi dəstəyə görə DövlətTurizm Agentliyinə təşəkkürünü bildirib. O, tur operatorlararasında əlaqələrin inkişaf etdirilməsinin yeni turizm məhsullarıvə marşrutlarının yaranmasına töhfə verəcəyini, yalnıztəşkilatdaxili deyil, həm də qlobal olaraq regionunun zənginmədəni, təbii və tarixi sərvətlərinin tanıdılması üçün önəmliimkanlar ehtiva etdiyini bildirib.

Baş Katib təşkilatın 2025-ci üzrə strategiyası çərçivəsindədövlət-özəl tərəfdaşlığının təşviqinə dəstək mexanizmi kimi İƏT-inTurizm Agentlikləri Federasiyasının yaradılmasını təklif edib.

Tədbir çərçivəsində "İƏT regionunda turizm: imkanlar vəproblemlər” açılış sessiyasından sonra "İƏT region üzrə birgə turpaketlərin hazırlanması və həyata keçirilməsi”, “Azərbaycan TurizmAgentlikləri Assosiasiyasının dəstəyi ilə Qazaxıstan, Türkmənistan,Qırğızıstan və Türkiyədən Azərbaycana mütəmadi tanışlıqsəfərlərinin təşkili”, “Yaxın Şərq və Qərbi Asiya boyunca İpəkYolları: təşkilati baxımından tarixi İpək Yolu nəqliyyatmarşrutunun yenidən qurulması” mövzularında panel müzakirələrkeçiriləcək.

“İƏT region üzrə birgə tur paketlərin hazırlanması və həyatakeçirilməsi” üzrə panel sessiyasında üzv ölkələr arasında turizməlaqələrinin inkişaf etdirilməsi məqsədilə müxtəlif turların təşkiledilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdə İstanbul, Buxara, Səmərqənd, Xivə kimi İpək Yoluüzərində yerləşən qədim şəhərləri birləşdirən çoxtərəfli turların,eləcə də tarixi məscidlər, bazarlar və ənənəvi sənətkarlıqnümunələrinin sərgiləndiyi muzeylər daxil olmaqla üzv ölkələrinzəngin mədəni irsini tanıtmaq məqsədi daşıyan, əsasən qonşu olaniki üzv ölkə arasında ikitərəfli turların təşkil edilməsi haqqındatəkliflər səsləndirilib.

Eləcə də, İƏT-in turizm paytaxtı seçilmiş şəhərlərini - Düşənbə(2021), Sari (2022), Ərdəbil (2023), Şəxrisəbz (2024), Ərzurum(2025) və Şuşanı (2026) birləşdirən turların, üzv ölkələrinUNESCO-nun Ümumdünya mədəni irs siyahısına düşən maddi mədəni irsnümunələrini əhatə edən turların, həmçinin haykinq, trekinq,kempinq üçün əlverişli təbiət turizminin imkanlarının təbliğedildiyi və əyləncə turizmi üzrə turların təşkil edilməsi haqqındamüzakirələr aparılıb.

Tədbirin ikinci günündə yerli və xarici turoperatorlarıniştirakı ilə B2B (biznesdən-biznesə) formatlı qarşılıqlı əməkdaşlıqgörüşləri təşkil ediləcək, tədbirin yekunlarına dair müzakirələrinaparılması məqsədilə dəyirmi masa keçiriləcək.

Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
9
az.trend.az

10Mənbələr