AZ

ABŞ-nin kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 7 265 min barel artaraq 460 890 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 300 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
26
Mənbələr
Şərh ()
Bağla