AZ

Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir - Səttar Möhbalıyev

Bakı. Trend:

Ölkəmizdə dünyanın, o cümlədən bəşəriyyətin gələcəyi ilə bağlıson dərəcə önəmli və aktual məsələlərin müzakirəsinin aparılması,qlobal problemlərin həlli ilə bağlı vahid qərarların qəbul olunmasıartıq ənənə halını alıb. Bir növ Bakı dünyanın mərkəzi rolundaçıxış edir və bunu son illərin təcrübəsi də bir daha təsdiqləyir.Bu günlər paytaxtımızda daha bir mötəbər tədbir - “Sülh və qlobaltəhlükəsizlik naminə dialoq” mövzusunda VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi,Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısıcənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nintərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımındanböyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoqsahəsində dünyada yeganə qlobal platformadır. Adından vəməqsədindən də aydın olur ki, bu gün Azərbaycan dövləti, xüsusən dəonun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlıanlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələrverir.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Görürük ki, indiyə kimi keçirilən forumlarda müxtəlif mövzularüzrə aparılan müzakirələr, yekun qərarlar, habelə imzalanansənədlər beynəlxalq təsisatlar və dünya ictimaiyyəti tərəfindənrəğbətlə qarşılanıb, xüsusən istinad mənbəyi rolunda çıxış edib.Odur ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində ənmötəbər platforma statusunu qazanıb. Eləcə də bu, ölkəmizinmədəniyyətlərarası və dinlərarası dialoq məkanı olduğunu təbliğedən mühüm vasitədir. Qürurla deyə bilərik ki, Azərbaycanda lapqədimdən başlayaraq müxtəlif xalqların və dinlərin nümayəndələrixoşbəxt və mehriban ailə kimi yaşayıblar. Burada qarşılıqlı hörmətvə anlaşma prinsiplərinə söykənən birgəyaşayış mühiti hər zamanmövcud olub. Bu keyfiyyətlərə görə ölkəmiz tolerantlığın vəmultikulturalizmin bərqərar olduğu məkan kimi dünyada nümunəçəkilir, nailiyyətləri yüksək qiymətləndirilir, uğurlu təcrübəsiöyrənilir”, - Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumunun mövzusu da son dərəcə aktualdır:

“Dünyanın inkişafı, bəşəriyyətin xoşbəxt və firavan gələcəyisülh və təhlükəsizlikdən keçir. Bunun üçün mədəniyyətlərarasısağlam ünsiyyət, qarşılıqlı etimad və anlaşma olduqca vacibməqamdır. Mən əminəm ki, burada aparılan müzakirələr, səslənənfikirlər və yekun qərar bu sahədə problemlərin aradan qaldırılmasıüçün xeyli faydalı olacaq. Tədbirdə iştirak edən Prezident İlhamƏliyev çıxışında bir sıra vacib məqamlara toxundu, xüsusənmultikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanıntəcrübəsini bölüşdü. Təbii ki, bu cür dəyərlər olmasa, qorunmasa vəinkişaf etməsə, sabitlik əldə olunmaz, sülh və təhlükəsizlik riskaltında olar. Hər zaman belə olub ki, ayrı-seçkilik gərginliyə,hətta ağır münaqişələrə belə səbəb ola bilir. Dünya şahiddir ki,Azərbaycanda mövcud olan möhkəm sabitliyin, həmrəyliyin, sağlamcəmiyyətin kökündə həm də tolerantlıq və multikultural dəyərlərdayanır”.

“Dövlətimizin başçısı çıxışında Azərbaycanın QoşulmamaHərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcədə bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki,Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması,söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub.İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisatayeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu.Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetinhər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Beləmürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı,vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanıədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizəapardı.

Eləcə də beynəlxalq hüququn tələblərini pozan, ölkələrin daxiliişlərinə qarışan, ədavət salan, separatizmə dəstək verənləri ifşaetdi, neokolonializmin çirkin siyasət olduğunu göstərdi. Təəssüflərolsun ki, hətta XXI əsrdə belə bu cür hallar yaşanır və bununlamübarizədə Azərbaycan dünyada haqlı mövqe ortaya qoyur və etirazsəsini ucaldır. Lakin insan hüquqlarından danışan, demokratiyanıəldə dəyənəyə çevirən bəzi dövlətlər və beynəlxalq təşkilatlarnədənsə hələ də bu mövzunun üzərindən sakit keçir, daha çoxsusqunluğa üstünlük verirlər. Bu azmış kimi, sonra utanmadanbaşlayırlar, bəlkə də, hər gün fərqli don geyindirdikləri,mahiyyətini dəyişdirərək gözdən saldıqları demokratiyadan, insanhüquqlarından danışmağa. Bütün bunlar ikili standart deyil, bəsnədir!?”, - Səttar Möhbalıyev fikrini tamamlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
8
az.trend.az

4Mənbələr