AZ

Pirallahı Tibb Mərkəzində “Klinik protokolların tətbiqi” mövzusunda təlim keçirilib

Pirallahı Tibb Mərkəzində TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayevanın “Kliniki protokolların tətbiqi” mövzusunda növbəti təlimi baş tutub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, Kəmalə Ağayeva təqdimatla çıxış edərək əsas məqsədin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, tətbiqinin əhəmiyyəti (həkim, pasiyent, tibb müəssisəsi və səhiyyə sistemi üçün), klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi olduğunu vurğulayıb.

 

O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla