AZ

Süni intellektə qarşı müəllif hüquqları iddiası

ABŞ-ın 8 böyük qəzeti "ChatGPT" istehsalçısı "OpenAI" və "Microsoft"u müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verib. Bizimyol.info xəbər verir ki, səkkiz Amerika qəzeti, o cümlədən "New York Daily News", "Chicago Tribune" və "Denver Post", AI chatbot istehsalçısı "OpenAI" və onun dəstəkçisi "Microsoft"a qarşı iddia qaldıraraq, texnoloji şirkətləri AI chatbotlarını öyrətmək üçün icazəsiz milyonlarla müəllif hüququ ilə qorunan xəbər məqalələrindən istifadə etməkdə günahlandıraraq, ödəmə etmədən “oğurluq” etdiyini də iddia edib. Qəzetlər öz yazılı açıqlamalarında deyiblər: “Biz məlumat toplamaq və hesabat vermək üçün milyardlarla dollar xərcləyirik. Biz "OpenAI" və "Microsoft"un işimizi oğurlamasına icazə verə bilmərik". Microsoft məsələ ilə bağlı şərh verməkdən imtina edib. "OpenAI" öz bəyanatında xəbər təşkilatlarını dəstəkləməyə qayğı göstərdiyini bildirib. Digər tərəfdən, "New York Times" və bəzi media qurumları daha əvvəl "OpenAI"yə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırmışdı. Texnologiya şirkətləri süni intellektə öyrətmək üçün İnternetdə açıq olan məzmundan istifadənin ABŞ müəllif hüquqları qanununun “ədalətli istifadə” doktrinasına uyğun olduğunu iddia edirlər. Bəzi hallarda şirkətlər yayımçılara onların məzmunundan istifadə etmək üçün pul ödəyirlər. "Associated Press" xəbər agentliyi keçən il qonorar ödəmək üçün "OpenAI" ilə razılaşıb. "OpenAI" həmçinin Almaniyada "Axel Springer", İspaniyada "Prisa Media", Fransanın "Le Monde" qəzeti və Britaniyanın "Financial Times" ilə lisenziya müqavilələri bağlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
bizimyol.info

3Mənbələr