AZ

Peru silkələndi – Zəlzələ 10 kilometr dərinlikdə baş verib

Peruda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların episentri 55 min nəfərdən çox əhalisi olan Abançay şəhərindən 45 kilometr şimal-şərqdə yerləşib. Seysmik aktivliyin mənbəyi 10 kilometr dərinlikdə yerləşir.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
konkret.az

5Mənbələr