AZ

Türkiyə-Özbəkistan ticarət həcmində hədəfə yaxınlaşırıq – Yılmaz Dünya xəbərləri Materials

Türkiyə-Özbəkistan ticarət həcmində 5 milyard dollarlıq hədəfə yaxınlaşırıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
Vitse-prezident Cevdet Yılmaz rəsmi səfəri çərçivəsində Özbəkistanın paytaxtı Daşkənddə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK)-Dünya Türk İş Şurası (DTİK) tərəfindən təşkil edilən İş Dünyası Proqramı ilə Görüşdə iştirak edib.
“Bizim şübhəmiz yoxdur ki, ticarət həcmi əvvəlcə 5 milyarda çatacaq, sonra isə daha yüksək səviyyələrə qalxacaq.”- deyə Yılmaz bildirib.
Yılmaz buradakı çıxışında Türkiyə-Özbəkistan əlaqələrinin çox yüksək səviyyədə olduğuna və tarixi-mədəni bağlarının son dərəcə dərin olduğuna diqqət çəkərək, iki ölkə arasında dostluqdan kənar bir qardaşlıq qanununun olduğunu deyib.
Güzəştli Ticarət Sazişinin 2023-cü il iyulun 1-də qüvvəyə mindiyini və müəyyən məhsulları əhatə etdiyini bildirən Yılmaz, iki ölkənin hər il daha da genişləndirilməsi üçün səylərini davam etdirəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
xalqcebhesi.az

2Mənbələr