AZ

Müsbət atmosferin ticarətə təsiri: Türkiyə şirkətləri Yunanıstanda hər yerdədir

"Türkiyə-Yunanıstan münasibətlərindəki müsbət proses hər sahədə olduğu kimi ticarətə də əməkdaşlıq və bahar atmosferi gətirib".

Publika.az xəbər verir ki, bu ifadə Yunanıstanın “ProtoThema” qəzetində yer alıb.

Qəzet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Afinaya səfəri zamanı iki ölkə liderləri tərəfindən 10 milyard dollarlıq investisiya ilə bağlı açıqlamalarını xatırladıb. Bunun iki ölkə arasında kommersiya fəaliyyətini sürətləndirdiyi və hədəfə sürətlə yaxınlaşdığı vurğulanıb.

Türk şirkətlərinin Yunanıstanda yüzlərlə filial açdığı bildirilən xəbərdə, "Türk şirkətləri Yunanıstanda enerjidən pərakəndə satışa, daşınmaz əmlakdan turizmə, balıqçılıqdan sənayeyə qədər hər sahədə var" şərhi verilib. Xəbərə görə, Yunanıstan Türkiyədən məhsul alan ölkələr arasında 10-cu yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
publika.az

1Mənbələr