AZ

Keniyada daşqın nəticəsində ölənlərin sayı artdı

Keniyada aprel ayında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 179 nəfər ölüb, daha 90 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Maiqua Mvaura bildirib.

“Dünən (30 aprel - red) davam edən daşqınlar daha 10 nəfərin ölümünə səbəb olub, bununla da ölkədə daşqın qurbanlarının sayı 179-a çatıb. Daha 20 nəfər itkin düşüb, bununla da ölkə üzrə itkin düşənlərin ümumi sayı 90 nəfərə çatıb”, - o sosial şəbəkədə yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
8
publika.az

10Mənbələr