AZ

ABŞ-da kütləvi etirazlar təsadüfi deyil – Sadə amerikalılar nə istəyir?

“ABŞ-da tələbələrin kütləvi etirazları təsadüfi deyil. Sadə amerikalılar Birləşmiş Ştatların İsrailin Qəzza ilə bağlı siyasətinə müdaxilə etməsini istəyirlər”.

Globalinfo.az xəbər verir ki. bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“İnanmaq istərdim ki, Vaşinqton dünya birliyinə qarşı çıxmayacaq və Yaxın Şərq problemini həll etmək üçün səylərini əsirgəməyəcək. Təsadüfi deyil ki, Birləşmiş Ştatlarda hökumətin İsraillə bağlı siyasətindən qəzəblənən tələbələr kütləvi etirazlara başlayıblar”, – Nebenzya vurğulayıb.

Qeyd edək ki, “Associated Press” nəşri ABŞ polisinin Fələstinə dəstək aksiyaları zamanı 900-dən çox etirazçını saxladığını yazıb. Amerikada dinc kütləvi etirazlar polis və İsrail tərəfdarları ilə qarşıdurmaya qədər irəliləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
bakuinform.agency

1Mənbələr