AZ

Çempionlar Liqası: PSJ səfərdə "Borussiya"ya uduzub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
4
report.az

5Mənbələr