AZ

Həmidin Herisçinin AYB-yə üzv olması ciddi və fərqli layihələrlə nəticələnək - Səlim Babullaoğlu

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı Həmid Herisçinin AYB-yə üzv olması həmkarları tərəfindən sərt tənqid olunub.
Bir sıra yazıçılar sosial şəbəkədə Herisçini vaxtilə qurucularından olduğu AYO - ya xəyanətdə, Anara məğlub olmaqda ittiham ediblər.

Məsələ ilə bağlıəlim AYB katibi, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu Bakupost.az -a bildirib ki, Həmid Herisçi yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir və onun üzvlüyü təbiidir:

"Həmid Herisçi müstəqillik illəri poeziyamızın, bütövlükdə ədəbiyyatımızın bənzərsiz nümayəndəsidir. I naşirlər forumunda görüşdük, Birliyə üzv olması təklifini verdim. Bu haqda danışdıq, xeyli məsələləri müzakirə elədik. Düşünürəm ki, Həmidin Birliyə üzv olması hökmən ədəbi iş baxımından maraqlı, ciddi və fərqli, ortaq layihələrlə nəticələnək. Yazıçılar Birliyi milli ədəbiyyatımızı təmsil edən ən mötəbər, ən yaşlı və dövlətin də etbar etdiyi ən təcrübəli qurumdur, bir növ institusional klassikadır. Mənim fikrimcə Həmid də yeni dövrün və yeni ədəbiyyatımızın klassikidir. Odur ki, onun üzvlüyü hətta gecikmiş olsa da təbiidir. Yaxın günlərdə, həftə sonu Həmid Herisçinin öz gəlişi və görüşü ilə bağlı yazısı "Ədəbiyyat qəzet "ndə çap olunacaq. Bu gün vəsiqəsini aldı. Necə deyərlər xeyirli olsun. Ad günü münasibətiylə əziz Həmid Herisçini də ayrıca təbrik edirəm...
Bu hadisəyə ancaq sevinmək olar...başqa şərhim yoxdur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
bakupost.az

4Mənbələr