AZ

"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi

"Yuventus" futbolçusu Adrian Rabyo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

"Qoca sinyora"nın rəhbərliyi 29 yaşlı yarımmüdafiəçiyə təxminən 7,5 milyon avroluq məvaciblə 1 illik müqavilə təklif edib. Rabyo isə klubdan ən az iki illik müqavilə istəyir. Bildirilir ki, "Yuventus" futbolçu ilə anlaşmağa hazırdır.
Tərəflərin hazırkı sözləşməsi isə cari mövsümün sonuna kimidir.

Qeyd edək ki, Rabyo cari mövsümdə 31 oyun keçirib, 4 qol vurub və 3 qolun ötürməsini verib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
bizim.media

3Mənbələr