AZ

Seulda həmkarlar ittifaqları nümayişlər keçirib

Koreya Respublikasının qabaqcıl həmkarlar ittifaqı təşkilatları Seulda 1 May Əmək Günü ilə bağlı nümayişlər keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, Həmkarlar İttifaqları Konfederasiyası Seulun mərkəzindəki Kvanhvamun meydanı yaxınlığında aksiya təşkil edib.

Təşkilatçıların sözlərinə görə, nümayişlərdə 25 minə yaxın insan iştirak edib. Nümayişlər yerli vaxtla saat 14:00-da başlayıb. Saat yarım sonra həmkarlar ittifaqının 15 min üzvü və fəal Əmək və Məşğulluq İdarəsinin ofisinə doğru yürüş edib. Etirazçıların çoxunun başında üzərində “Birlik” və “Mübarizə” sözləri yazılmış qırmızı lentlər olub.

“Bura bütün ölkələrin zəhmətkeşləri, birləşin!” şüarı altında toplaşmışıq”, - Həmkarlar İttifaqları Konfederasiyasının sədri Yan Kyun Su deyib. O, hazırkı Prezident Yun Sok Yolun administrasiyasını işçilərin həyatının kəskin pisləşməsinə və iş saatlarını artırmaq cəhdlərinə görə tənqid edib.

Nümayişdə digər siyasi şüarlar, o cümlədən Prezidentin istefası tələbləri də səsləndirilib. Fəallar əmək qanunvericiliyinə, o cümlədən tibbi xidmət ilə bağlı qanunlara dəyişiklik etməyə və işçilərin fundamental hüquqlarının təmin edilməsinə çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
report.az

5Mənbələr