AZ

Etirazçılar Tbilisinin bir neçə mərkəzi küçə və prospektlərini bağlayıb, tıxac yaranıb - VİDEO - YENİLƏNİB-1

Polisin müdaxiləsindən sonra parlament binasının qarşısından ətraf küçələrə dağılışan bəzi qruplar Tbilisinin bir neçə mərkəzi küçə və prospektlərini bağlayıblar.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, bir qrup etirazçı paytaxtın əsas yollarından olan Qamsaxurdiya prospektini bağlayıb.

Nəticədə Kür çayının sağ sahilində nəqliyyat iflic vəziyyətə düşüb.

Çox sayda avtobus və minik maşını yolda qalıb, ərazidə tıxac yaranıb.

Sürücülərdən biri avtomobili nümayişçilərin üzərinə sürüb və bundan sonra ərazidə gərginlik yaşanıb.

Nümayişçilər qanun layihəsinin əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

***

02.05.2024

Saat 23:51

Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edir.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, aksiyaçılardan bəziləri rezin güllələrlə vurulduqlarını bildirirlər.

Yaralanan nümayişçilərə ilkin tibbi yardım göstərilib.

Gürcüstan Daxili İşlər Nazirliyi saat 00:00-da brifinq təyin edib.

***

Saat 22:57

Gürcüstanda bir qrup etirazçı parlamentin 9 Aprel küçəsindəki hissəsində qapını sındırmağa çalışıb.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, binanın içərisindəki xüsusi təyinatlı polislər su şırnağı və gözyaşardıcı qazla etiraçılara müdaxilə ediblər.

Etirazçıların müqavimət göstərməsindən sonra polis ərazidə çox sayda səs bombalarından istifadə edib.

On minlərlə etirazçı hazırda Rustaveli prospektindən ətraf küçələrə dağılışırlar.

Ərazidə internetdən istifadədə problemlər yaşanır.

Etirazçılar Etirazçılar Etirazçılar Etirazçılar Etirazçılar Etirazçılar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
apa.az

7Mənbələr