AZ

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Bakı. Trend:

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsindəAzərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın1-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziriMəhəmməd Mehdi İsmaili ilə görüşüb.

Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə Adil Kərimli iranlıhəmkarına Foruma qatıldığına görə təşəkkürünü bildirib və “BakıProsesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kiminüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksəkdəyərləndirildiyini deyib.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqındaqonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlimdəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirəolunacaq.

Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görətəşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzularınaktuallığı baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirəolunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
9
az.trend.az

10Mənbələr